“Rusiya Dəmir Yolları” və “Hindistan Dəmir Yolları” “Şimal-Cənub” dəhlizi vasitəsilə yük daşımalarının təşkili üçün birgə operator yaradılmasına dair memorandum imzalayacaq.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Rusiya Dəmir Yolları”nın baş direktorunun birinci müavini Aleksandr Mişarin bildirib.

Onun sözlərinə görə, bu, Rusiya vasitəsilə Hindistandan Avropaya və əks marşrutla daşımaların, tranzit həcminin artırılmasına imkan yaradacaq ən vacib layihələrdən biridir.

Qeyd edək ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi İran, Azərbaycan və Rusiya vasitəsilə Hindistan və Fars körfəzi ölkələrindən Qərbi və Şimali Avropa ölkələrinə malların daşınması üçün nəzərdə tutulub. Layihədə həmçinin İran, Azərbaycan və Rusiyanın dəmir yollarının birləşdirilməsi də nəzərdə tutulub. Dəhlizin əsas üstünlüyü çatdırılma müddətinin iki və ya üç dəfə azalmasıdır.