Rəsmi Moskva və Seul Koreya Xalq Demokratik Respublikasından (KXDR) keçməklə Rusiyadan Cənubi Koreyaya qaz kəməri çəkilməsi layihəsinin müzakirəsini bərpa edib.

Bakıxəbər.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənubi Koreyadakı ticarət nümayəndəsi Mixail Bondarenko Şərq İqtisadi Forumu çərçivəsində bildirib.

“İndi bu layihəni yenidən gündəmə gətirməyə çalışırıq. Bu, çox bahalı və siyasi cəhətdən riskli layihədir. Amma Cənubi Koreya Prezidentinin ölkəmizə səfərindən sonra bu, yenidən müzakirə edilir. Vaxtilə bunu heç müzakirə etməmişdik, məsələ “havada qalmışdı”. İndi isə varaintları nəzərdən keçirməyə başlamışıq”, – M.Bondarenko vurğulayıb.