Rusiya Cənub və Qərb hərbi dairələrində “qarşıya qoyulan tapşırıqları yerinə yetirdiyi üçün” təlimlərin başa çatdırlması barədə qərar qəbul edib.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub və Qərb hərbi dairələrdə gözlənilmədən keçirilən yoxlamaların yekununa həsr edilən müşavirədə bildirib.

Onun sözlərinə görə, həmin hərbi dairələrinin qoşunları aprelin 23-də daimi dislokasiya olunduqları hərbi hissələrə qayıdacaq.

Şölə Beyləqanlı (Ş Hüseyinova)