Türkiyə, Rusiya və İranın dövlət başçılarının Suriya münaqişəsinin nizamlanması üzrə üçüncü görüşü bu ilin sentyabr ayının ilk həftəsində keçirilməsi planlaşdırılır.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın bildirib.

Onun sözlərinə görə, görüş Tehranda keçiriləcək.