Suriya nizamlaması üzrə “Astana üçlüyü”nün – Rusiya, Türkiyə və İranın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü oktyabrın 23-də Moskvada keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentindən bildiriblər.

Xarici siyasət idarəsindən qeyd olunub ki, belə görüş planda var.