Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana telefonla zəng edib.

Bakıxəbər.az Kremlin saytına istinadən xəbər verir ki, V.Putin avqustun 31-də 64 yaşı tamam olan sabiq prezidenti təbrik edib.

Qeyd edək ki, R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub. Bundan sonra o, aktiv siyasi fəaliyyətlə məşğul olmayıb.

R.Koçaryan avqustun 31-də “Sputnik-Ermənistan”a müsahibəsində Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini bildirib.