Rusiya Ermənistanda hərbi təlimə başlayıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

Təlimə 3000-dən çox hərbçi cəlb edilib. Mətbuat xidməti təlimin 28 iyula qədər davam edəcəyini bildirib. Ümumilikdə təlimə 500 hərbi texnika cəlb olunub.