Rusiya Dövlət Dumasının vitse-spikeri Sergey Neverovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bakıxəbər.az xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Azərbaycan Parlamentinin 100 illik yubileyinə həsr olunmuş təntənəli iclasda iştirak edəcək, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin müzakirəsinin planlaşdırıldığı rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, nümayəndə heyətinə həmçinin Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və vətənpərvərlər ilə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov da daxildir.