Rusiyaya beynəlxalq reyslər avqustun 1-dən etibarən bərpa ediləcək.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

Reyslər Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdakı hava limanlarından həyata keçiriləcək.

Uçuşlar üçün mövcud olan ölkələrin siyahısı yaxın vaxtlarda təsdiq ediləcək və elan ediləcək.