Rusiya yeni radioelektron mübarizə silahları hazırlayacaq.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Rusiya “Radioelektron Texnologiyaları” konserninin baş direktorunun müavini Vladimir Mixeyev danışıb.

Onun sözlərinə görə, yeni radioelektron mübarizə kompleksləri Suriyadan Rusiyaya göndərilən ABŞ raketlərinin (Tomahavk) xüsusiyyətləri nəzərə alınmaqla hazırlanacaq.

“Bir mütəxəssis olaraq bizə Suriyada müxtəlif növ silahların, o cümlədən “Tomahavk” qanadlı raketlərinin real istifadəsi maraqlıdır. Bu raket əlimizdə olduğu üçün onun əlaqə kanalları, informasiya ötürülməsi, idarə olunması, naviqasiya və lokasiya yollarını dəqiq bilirik”, – Mixeyev bildirib.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbə zamanı partlamayan “Tomahavk” raketləri Rusiyaya göndərilmişdi.