Rusiyanın gələcəkdə yaradılması nəzərdə tutulan 6-cı nəsil qırıcı təyyarəsinin prototipi sayılan PUA-nın görüntüləri yayılıb.

Bakıxəbər.az xəbər verir ki, yeni silahın əsas üstünlükləri kimi süni intellekt və avtonom idarəetmə rejimlərinin olması göstərilib. Rusiyanın ən yeni pilotsuz uçan zərbə aparatı “Ovçu” (Oxotnik) gələcəkdə 6-cı nəsil qırıcı təyyarələrin istehsalı zamanı prototip kimi çıxış edəcək. PUA üzərində artıq gələcək qırıcıların müəyyən xüsusiyyətlərini təyin etmək mümkün olacaq.

“Bu mərhələdə “Ovçu”nun süni intellekti və avtonomluğu 6-cı nəsil qırıcılarımız üçün prototip rolunu oynayacaq”, – Rusiyanın Müdafiə Sənayesi sahəsində çalışan mənbə bildirib.