Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti (“Roskomnadzor”) “Apple” şirkətinə məktub göndərib.

İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, məktubda “Apple”ə təklif olunur ki, “AppStore” onlayn mağazalar şəbəkəsindən “Telegram” messsencerini silsin.

Eyni zamanda şirkətdən Rusiya ərazisində olan “Telegram” istifadəçilərinə push-bildirişlər göndərməmək tələb olunub.

“Roskomnadzor” “Apple”i görülən tədbirlər barədə ən qısa vaxtda məlumat verməyə çağırıb. Əks halda, “AppStore”un fəaliyyətini poza biləcək addımlarla üzləşəcəyini nəzərə çatdırıb.

Qeyd edək ki, “Telegram” məhkəmə qərarı ilə Rusiya ərazisində bloklanıb. Səbəb messencerin Rusiya kəşfiyyatı ilə əməkdaşlıqdan imtina etməsidir.