Hacıqabul rayonunda Türkiyənin “Alpar” turizm şirkətinə məxsus avtobusada yanğın baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu “Mercedes” markalı avtobusla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən avtobusda yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. Hadisədən sonra avtobusda yaranan nasazlıq səbəbi ilə sərnişinlər digər avtobusla yola salınıblar.

Fakt araşdırılır.