“Real” Çempionlar Liqasında dubla imza atan Qaret Beyllə bağlı qərarını verib.

Bakıxəbər.az xarici mətbuata istinadən xəbər verir ki, “Kral klubu” uelsli yarımmüdafiəçi ilə yeni müqavilə bağlamağa hazırlaşır.

Yaxın 2 həftə ərzində futbolçunun nümayəndələrinin Madridə gedərək, rəhbərliklə danışıq aparacaqları iddia olunur.

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçinin “Real”la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. Onunla “Mançester Yunayted” yaxından maraqlanır.