Yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq olunmuş karantin rejimi çərçivəsində cənub bölgəsindəki rayonların arasında postlar qurulub.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı bir rayondan digərinə giriş-çıxış qadağan edilib.