Rəssam Əli Qaffarlı-  1990-ci ildə Şəki şəhərində anadan olub. Atası Vidadi Qafarzadə tanınmış rəssam oldugu üçün Əlinin də uşaq yaşlarindan bu sənətə  marağı olub…

Amma Əlinin uşaqlıgı rəsmlə kecməyib. Balaca vaxtı plastilinlə fiqurlar düzəltmək, mozaikalarla əl işləri hazırlamaq onun diqqətini  daha cox cəlb edib. 11- ci sinfi bitirəndən sonra atası Əlini rəsmdə yoxlamaq qərarına gəlir. İlk dəfə naturmortla tanışlığı da məhz onda olub…

Çox çətin və maraqlı keçsə də, o illərdə rəsm hələ mənimçün çox əlçatmaz idi ..

Beləliklə get-gedə rəsmləri uğurla çəkəndə, həvəsi artir və bu sənətlə ciddi məşğul olmaq üçün Akademiya oxumaq qərarına gəlir…

Əslində test balı az olduğundan istəmədiyi  fakültəni oxuyur….

Akademiyanı bitirdikdən sonra müxtəlif janrlarda işləməyi öyrənir…Bu yolda ən birinci müəllimi atası məşhur rəssam Vidadi Qaffarzadə olur. Onun sayəsində qısa bir vaxtda, portret, natürmort, mənzərə və s. janrlarda rəsmlər çəkməyə başlayır Əli…

Daha sonra müxtəlif sərgilərdə İştirak edirən Əli müxtəlif diplomlar, sertifkatlar alır… Bundan əlavə yağışı çox sevdiyindən, yagış olan rəsmlərə xüsusi marağı olub. “Sanki suyun kölgəsi, işıqlar, uzaqdakı adamlar və mazok tərzi ilə işləmək mənə bu sənəti daha çox sevdirir. Mənim  üçün rəsm çəkmək özünü tapmaqdır. Yəni, rəsm bir dünyadır.. Rəsmə başlayanda sanki qapi acilir və başqa bir aləmə düşürsən. O elə bir andır ki, həmin vaxt kimsənin səni narahat etməsini istemirsən…İlklər unudulmur deyirlər. Maraqlısı ondadır ki, məndə də ilk yağlı boya ilə çəkdiyim portret  çox uğur qazandırdı” – deyir Əli.

Belə ki, onun “Balaca” adlandırdığı uşaq və oyuncaq olan rəsmi sərgidən alınır..Eyni sərgidən daha başqa bir  “Yasəmən” adlı rəsmi də satılır.

Beləliklə Əlinin həvəsi  daha da artir..Və artıq sənətlə möhkəm dost olmağa başlayır…Əli deyir ki, atamin bir sözü var: “Rəssamlıq qısqanc sənətdir..Məncə də elədir..Yəni, sevgili kimidir. Ona vaxt ayırmasan, ondan az şey öyrənəcəksən…Sanki sənət küsəcək səndən”..

Əli deyir ki, əgər məndən nəyə  görə rəssam olmaq istədiyimi soruşsalar  buna bir cavab verərəm: klassik fikir olsa da, Əli də ilk sevdiyim qızın portretini çəkə bilmək uğruna rəssam olub..

Buna görə də portret janrına daha çox üstünlük verib…Portret elə janrdır ki,  texnikadan əlavə xarakterləri düzgün tutmaq üçün  psixologiyanı da az – cox bilmek gərəkdir…

Sonralar Vidadi Qaffqarzadə oğluna yeni bir texnika ilə – şokolatla çəkməyi öyrədir..Bu sahədə də portretləri uğurlu alınır.

Bu sənətdə Əlinin ən böyük məqsədi tanınmış rəssam olmaqdır….O istəyir ki, insanlar onun rəsmlərində özlərini tapıb huzurlu olsunlar…Əli sonda onu da qeyd edir ki, əgər kimdəsə rəssamlığa həvəs varsa, onu alovlandırmaq hər kəsin öz əlindədir….

Sevda Elay Əsgərova