“Andiçmə mərasimi gizli hazırlanıb və ictimaiyyətin iştirak olmadan keçirilib. Bu, artıq vəziyyətin necə olmasının göstəricisidir”.

Bakıxəbər.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert söyləyib.

O, Almaniyanın Belarusda keçirilən prezident seçkisinin nəticələrini tanımayacağını növbəti dəfə vurğulayıb: “Qayıdaq avqustun 9-dakı seçkilər məsələsinə. O vaxt dediyimiz kimi, onlar nə demokratik seçkilərin tələblərinə uyğun idi, nə də ədalətli, azad idi. Bu səbəbdən, kanslerin dediyi kimi, biz bu seçkilərin nəticələrini tanıya bilmərik. Buna əsasən Lukaşenko bugünkü mərasimdən sonra demokratik legitimliyə iddia etməməlidir”.

Ş.Zaybertin sözlərinə görə, A.Lukaşenko Almaniya kanslerindən andiçmə münasibətilə təbrik gözləməməlidir: “Bayaq dediklərimi nəzərə alaraq mən buna ümid etməzdim”.

Şövkət Hüseyinova