Xalq artisti Rafiq Hüseynov (Rəmiş) sabah “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Bu barədə  onun ailə üzvləri məlumat verib.

Dəfn mərasimi sabah – aprelin 6-da baş tutacaq.

Qeyd edək ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi. R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 Şölə Beyləqanlı (Ş Hüseyinova)