Qusar rayonunda bir tüfəng polisə təhvil verilib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, aparılan profilaktiki tədbirlər nəticəsində Qusar rayonunun Zindan-Muruq kənd sakini Rəssam Korumov tapdığı 1 ədəd “İJ-16” markalı tüfəngi könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.