“France Football” nəşri “Qızıl top” mükafatına növbəti namizədləri açıqlayıb.

“Report” xəbər verir ki, üçüncü “5-lik”də Antuan Qrizmann (“Atletiko Madrid” İspaniya, Fransa), İsko Alarkon (“Real Madrid”, İspaniya), Eden Azar (“Çelsi” İngiltərə, Belçika), Harri Keyn (“Tottenhem”, İngiltərə) və NQolo Kante (“Çelsi” İngiltərə, Fransa) yer alıb.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.


***14:14.

Bakı. 8 oktyabr. REPORT.AZ/ “France Football” nəşri “Qızıl top” mükafatına növbəti namizədləri açıqlayıb.

“Report” xəbər verir ki, ikinci “5-lik”də Tibo Kurtua (“Real Madrid” İspaniya, Belçika), Kriştianu Ronaldu (“Yuventus” İtaliya, Portuqaliya), Kevin De Bruyne (“Mançester Siti” İngiltərə, Belçika), Roberto Firmino (“Liverpul” İngiltərə, Braziliya) və Dieqo Qodin (“Atletiko” İspaniya, Uruqvay) yer alıb.

Dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

FIFA 2018-ci ilin ən yaxşı futbolçusu adına Xorvatiya millisinin və İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriçi layiq görüb.