Qazaxıstanda hökumət istefaya gedib.

Bakıxəbər.azn məlumatına görə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu gün imzaladığı sərəncamla hökuməti istefaya göndərib. Bununla yanaşı, sərəncama əsasən, baş nazir vəzifəsinin icrası Askar Maminə həvalə olunub.

Sərəncama görə, hökumət üzvləri yeni hökumətin tərkibi təsdiq olunana qədər vəzifələrinin icrasını davam etdirəcəklər.

Qeyd edək ki, sərəncama qədər Qazaxıstanın baş naziri Bakıtcan Saqintayev olub.