Qazaxıstanda ağır yol qəzası baş verib.

Bakıxəbər.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə ölkənin Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədov bildirib.

Onun sözlərinə ölkənin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər ölüb, daha 29 nəfər xəsarət alıb.

Bildirilir ki, hazırda xilasetmə işləri aparılır.