Qazaxıstan parlamenti Senatının sədr müavini Bektas Beknazarov Azərbaycana səfərə gələcək.

Bakıxəbər.az xəbər verir ki, B.Beknazarov sentyabrın 21-də keçiriləcək Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş tədbirdə  Qazaxıstan nümayəndə heyətinə rəhbərlik edəcək.