Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

O, qoz çırpan zaman ehtiyatsızlıqdan hündür ağacdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.