“Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda sərnişinlərin evdən çıxma icazələrinin olub-olmaması fərqli qaydada yoxlanılacaq”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova AzTV-nin efirində bildirib.

O xatırladıb ki, Nazirlər Kabinetinin qərarına əsasən “Azərbaycan Dəmir Yolları” beynəlxalq və regional istiqamətdə sərnişin daşımanı dayandırıb: “Bu çətin dönəmdə fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişini təmin etmək üçün Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkətinin təşkili uyğun qrafiklə davam edir. Sərnişinlərin müraciətlərini nəzərə alaraq, vətəndaşların sənədlərinin yoxlanılması artıq sonuncu stansiyada deyil, qatar hərəkətdə ikən yolda aparılır. Bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb”.