İşğal edilmiş torpaqlarımızın taleyi üzrə Azərbaycan və erməni XİN başçılarının  Vaşinqton görüşü artıq arxadadır. Aydın məsələ idi ki, bu görüş də Azərbaycan üçün nəisə xeyirli bir sonluqla bitməyəcəkdi. ABŞ sadəcə Rusiyaya göstərirdi ki, işğal edilmiş Azərbaycan torpaqları ilə ermənilərin şantajını o da edə bilər.

Bu görüşdə ermənilər yenə də status-kvonun olduğu kimi qalmasına nail oldular. Daha doğrusu, erməniləri himayə edən rus, fransız, amerikalı həmsədrlərin təmsil etdikləri ölkələrin istədiyi kimi oldu.

YENİ ERMƏNİ BAŞÇILARININ KÖHNƏ OYUNLARI

Rusiyanın “ermənistan” adlı müstəmləkəsində hakimiyyətə gəlmiş Paşinyan Qarabağ məsələsində növbəti erməni oyunbazlığına başladı. O, danışıqlar formatını dəyişdirməyi, işğal olunmuş torpaqlarımızda erməni kolonistlərinin qondarma “dövlətciyinin” nümayəndələrinin iştirakını tələb edirdi. Dığacıq bildirirdi ki, Qarabağın Azərbaycanlı icmasını Azərbaycanın prezidenti və digər rəsmi şəxsləri onsuz da danışıqlarda təmsil edir, amma “ermənistan”ın Qarabağın erməni icmasını təmsil etməyə mandatı yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyi isə buna cavab olaraq bəyanat yayıb ki, beynəlxalq ictimaiyyət “işğal edilmiş ərazilərdə” məskunlaşan “erməni icması üzvlərini Azərbaycan vətəndaşları” kimi tanıyır.

Azərbaycan XİN-i hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanatlarla mövcud vəziyyəti daha da gərginləşdirməyə deyil, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalıdır.

“Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil; bir tərəfdən münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışan Ermənistan rəsmisi, digər tərəfdən danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir, Azərbaycanı guya ki, əhalisini sülhə deyil, müharibəyə hazırlamaqda, “aqressiv ritorikada” ittiham etməyə çalışır”, – XİN sözçüsü Leyla Abdullayeva deyib.

O, xatırladıb ki, söhbət Azərbaycanın “aqressiv ritorikası”ndan deyil, Ermənistanın aqressiv hərəkətlərindən gedir: “Azərbaycan, torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyonadək əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən bu gün Ermənistanla münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparır. Münaqişənin həllinin bölgəmizə gətirəcəyi faydanı və inkişafı təşviq edir”.

“Ermənistan baş naziri bu həqiqətləri və münaqişənin həllinin bölgəyə və konkret olaraq onun ölkəsinə gətirəcəyi faydanı nə qədər tez anlayarsa, bir o qədər tez Ermənistan əhalisinə vəd etdiyi “iqtisadi inqilabı” reallaşdıra bilər.

Ermənistan rəhbərliyindən bu günədək eşitdiklərimiz bölgənin inkişafı üçün müvafiq şəraiti yaratmaq və rifah naminə sülhü təmin etmək əvəzinə daha çox suallar doğurur. Bu da Ermənistan rəhbərliyinin mövqeyi. Əlbəttə, bütün bu yararsız şərhlər Ermənistan tərəfinin münaqişənin yalnız sülh yolu ilə həlli çağırışına heç də kömək etmir”.

Ermənipərəst Minsk qrupunun üzvlərindən biri olan ABŞ-ın tələbi ilə Vaşinqtonda keçirilmiş “növbətçi” görüşdə erməni tərəfi yeni oyunu ortaya atdı. Bu isə, “cəbhənin ön xəttinə nəzarət mexanizminin” tətbiqidir. Yəni, ermənilər faktiki işğal etdikləri və güclü Azərbaycan Ordusununu iki addımlığında işğal altında saxladığı torpaqlarımızı de-fakto sərhəd kimi tanınmasını  Minsk qrupunun əli ilə gerçəkləşdirməyə çalışırlar.

Konkret olaraq ermənilər təklif edirdilər ki, cəbhə xətti boyunca xüsusi müşahidəçilər qrupu, hərbi toqquşmanı qeydə ala bilən texnika yerləşdirilsin və s. Sözsüz ki, Azərbaycan tərəfi buna razı ola bilməzdi.

İstər güclü Azərbaycan Ordusununu iki addımlığında işğal altındakı torpaqlarımızda ermən kolonistlərinin siyasi danışıqlara cəlb edilməsi və ya cəbhə xəttinin rəsmiləşməsi kimi erməni siyasi fırıldağları yeni deyil. Paşinyan əvvəlki erməni hökumətləri kimi danışıqların vaxtını, yəni status-kvonu uzatmağa çalışır.

Azərbaycan tərəfi ermənilərin diplomatik təxribatlarına layiqli cavab verir. Amma bunu işğal edilmiş torpaqlarımız məsələsində siyasi qələbə adlandırmaq olarmı? Xeyr! Bunu işğal edilmiş torpaqlarımız məsələsində Azərbaycan xarici siyasətinin qələbəsi adlandırmaq olmaz. Məsələn, politoloq Tofiq Abbasovun “Kaspi” qəzetinə bildirib ki, “elə başa düşürəm ki, Zöhrab Mnatsakanyan Vaşinqtona gedənə qədər artıq Paşinyandan tapşırıq almışdı ki, bu danışıqlarda işgüzarlıq şəraitinə dəlalət edən hər bir hərəkəti pozsunlar. Biz belə görürük ki, istədiklərinə nail oldular”.

Erməni tərəfi işğal edilmiş torpaqlarımızda Suriyadan və d. yerlərdən olan erməniləri yerləşdirir, təbii sərvətlərimizİ talan edir və əsas da, bu ərazilərdə qurduğu “arsax dövlətciyini” artıq oturuşmuş fakt kimi dünyaya tanıtmaq məqsədini güdür. Bunun üçün onlara vaxt lazımdır. Ona görə də onlar siyasi oyunbazlıqla öz işğallarının vaxtını uzadırlar. Vaxtın uzadılması artıq ermənilərin xeyirinə işləyir. Əgər biz bir müddət əvvəl Qarabağ üzərində hava məkanın Azərbaycan Ordusunun nəzarətində olduğunu bildirirdiksə, indi ermənilər artıq bizim hərbi təyyarələrimizə raket hücumları etməyə başlamışlar. Beləliklə, “sülh danışıqlarının” vaxtını uzatmaq üçün onlar ortaya elə təkliflər atırlar ki, Azərbaycan tərəfi bununla razı olmasın, danışıqlar tormozlansın və uzansın.

Bu siyasət ildən ilə təkrar olunur. Bu siyasət artıq Minsk qrupunun ən azından lazımsızlığını göstərir.

İndi sual ortaya çıxır ki, bəs, niyə Azərbaycan tərəfi özü bu cür siyasi-diplomatik oyunlara getmir, ermənilərin destruktiv mövqedə olduğunu əsas gətirib, işğalçının canlı qüvvəsinin kütləvi itkilərinə səbəb olacaq hərbi zərbələrindən istifadə etmir?

MƏNTİQLİ STRATEGİYA

Əslində strategiyamız — Azərbaycan tərəfinin ermənilərin canlı qüvvəsinin kütləvi itkisinə səbəb olacaq zərbələrdən istifadəsini ehtiva etməlidir. Məqsəd — işğal altında olan torpaqlarımızı erməni əsgərlərinin ölüm məntəqəsinə çevirməkdədir. Ermənilərin işğal altındakı torpaqlarımızda uzaqmənzilli raket qurğularını yerləşdirdiyini arabir bəhanə gətirib kolonist məskənlərinə də aviabombalarımız, “yer-yer”, “göy-yer” raketlərimizlə əl gəzdirmək olar. Yalnız düşmənin canlı qüvvəsini… “İldırım sürətli hücumla” düşmənin hərbi məntəqələrini ələ keçirmək və ya torpaqlarımızı dərhal azad etmək şərt deyil… Əsas şərt düşmənin canlı qüvvəsini bacardıqca çox, dayanmadan məhv etməkdir, işğal edilmiş torpaqlarımızı, hələlik azad etmədən böyük bir erməni qəbiristanlığına çevirməkdir…

Azərbaycan Ordusu hələlik irəliləmədən, malik olduğu artilleriya və hərbi-hava qüvvələrindən istifadə etməklə yüzlərlə erməni əsgərinin və kolonistinin tabutunu “ermənistan” adlı qondarma quruma yollanmasını təmin etsə, Minsk qrupu adlı ermənipərəst fırıldaqçıların formatındakı danışıqlarda da istənilən nəticələrin əldə edilməsinə şərait yaranacaq.

Qarxunlu

“Millətçilik” qəzeti