Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) və Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

Bakıxəbər.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil qərargahında baş tutacaq püşkatmada öncə Ağdam klubunun ÇL-dəki rəqibi bəlli olacaq. “Qarabağ”ın səpələnməmişlər səbətində yer alacağı püşk Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

“Qarabağ” ÇL-in II raundunda “Dandolk” səddini keçəcəyi təqdirdə, “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi, həmçinin “Ayaks”la üzləşmə bilər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ÇL-in II raundunda İrlandiya “Dandolk”unu mübarizədə kənarlaşdıra bilməsə, Avropa Liqasının püşkatmasında səpələnmişlər səbətində olacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:25-də start götürcək.

“Qarabağ”ın “Partizani” (Albaniya) / “Şerif” (Moldova), “Slovan” (Slovakiya) / “Feronikeli” (Kosovo), “Santo Koloma” (Andorra) / “Astana” (Qazaxıstan) və “Şkendiya” (Makedoniya) / “Düdelanj” (Lüksemburq”) cütlərinin qalibi, eləcə də “Sarayevo” ilə düşməsi mümkündür.

Ağdam təmsilçisi “Dandolk”la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq. Ağdam təmsilçisi II təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).

Çempionlar Liqası

III təsnifat mərhələsinin püşkatması

Səpələnmişlər

“Ayaks” (Hollandiya)

“Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi

“Kopenhagen” (Danimarka) – TNS (Uels) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan) cütünün qalibi

BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi

APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi

Səpələnməmişlər

PAOK (Yunanıstan)

“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi

“Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi

“Makkabi” (Tel-Əviv, İsrail) – “CFR Kluj” (Rumıniya) cütünün qalibi

“Ferensvaroş” (Macarıstan) – “Valetta” (Malta) cütünün qalibi

Avropa Liqası

III təsnifat mərhələsinin püşkatması

Səpələnmişlər

“Seltik” (Şotlandiya”) – “Nımme Kalyu” (Estoniya) cütününü məğlubu

BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün məğlubu

“Dandolk” (İrlandiya) – “Qarabağ” cütünün məğlubu

“Maribor” (Sloveniya) – AİK (İsveç) cütünün məğlubu

“Ferensvaroş” (Macarıstan) – “Valletta” (Malta) cütünün məğlubu

Səpələnməmişlər

“Sarayevo” (Bosniya və Herseqovina)

“Partizani” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi

“Slovan” (Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi

“Santo Koloma” (Andorra) – “Astana” (Qazaxıstan) cütünün qalibi

“Şkendiya” (Makedoniya) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi