Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçıların əsas ideoloqlarından sayılan Hamlet Gevorkyan koronavirusdan ölüb.

Bakıxəbər.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

O, tarix sahəsi üzrə professor olub.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 110 erməni koronavirusa yoluxub. 68 pasiyentin özünütəcriddə olduğu bildirilib.

Xatırladaq ki, Ermənistanın işğal altında saxladığı bu bölgədə yoluxma faktlarını gizlətdiyinə dair məlumatlar yayılır.