“Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ““Dandolk”la ilk oyun üçün İrlandiyaya yola düşüb.

Bakıxəbər.az xəbər verir ki, Ağdam təmsilçisi Heydər Əliyev Beynəlxalq Aeroportundan 16:00-da çarter reysi ilə səfərə çıxıb. Komanda Dublinə 25 oyunçu ilə gedib.

Qeyd edək ki, “Dandolk”la ilk oyun iyulun 24-də “Oriel Park” stadionunda, cavab matçı isə ayın 31-i “Dalğa Arena”da olacaq. İlk görüş Bakı vaxtı ilə 22:45-də, cavab qarşılaşması isə 21:00-da başlayacaq.