Avropa Liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Bakıxəbər.az-ın məlumatına görə, artıq satılan biletlərin sayı 55 minə çatıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop (“Park Bulvar”), iTicket kassaları, Sumqayıt şəhəri (“ASAN Xidmət”), “28 Mall” və “Gənclik Mall”dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.