10 dekabr 2020-ci il.
Qızıl hərflərlə yenidən yazılan Azərbaycan tarixində növbəti şanlı səhifə.
Ali Baş Komandanın rəhbərliyi altında Bakının Azadlıq meydanında 44 günlük
Vətən müharibəsində Azərbaycanın Qələbəsinə həsr olunmuş Zəfər paradı
keçirildi.Bu möhtəşəm zəfər təntənəsi heç bir zaman yaddaşlardan
silinməyəcək.
Bu paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə
Ərdoğanın və Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin,türk əsgər və
zabitlərinin iştirakı bir daha sübut etdi ki,Ulu Öndərin illər öncə dediyi kimi,biz
doğrudan da iki dövlət olsaq da bir millətik.Birlikdə sevinib ,lazım gəldikdə də
birlikdə kədərlənməyi bacarırıq.Məhz bu birlik bizi bu şanlı ,zəfər dolu tarixi
qələbəyə gətirib çıxardı.
Atalarımız əbəs yerə deməyiblər ki,dost dar gündə tanınar.Ali Baş Komandan
cənab İlham Əliyevin Zəfər paradında dünyaya səs salan ,hər birimizin böyük
fəxarətlə dinlədiyimiz qalibiyyət cıxışında da qeyd etdiyi kimi,Vətən müharibəsinin
ilk saatlarından biz Türkiyənin dəstəyini hiss etdik.Belə ki,müharibənin ilk
saatlarından Türkiyə dövləti bu haqq işində sona kimi Azərbaycanın yanında
olaçağını bütün dünyaya bəyan etdi və sona kimi də həm mənəvi,həm də siyasi
dəstəyini əsirgəmədi.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq,
cəsarətli,yeri gələndə sərt açıqlamaları hər bir Azərbaycan vətəndaşını çox
qürurlandırdı və istər xalq ,istərsə də ordu arasında ruh yüksəkliyinə təkan
verdi.Ali Baş Komandan tribunadan çıxış edərək bütün dünyaya bəyan etdi ki,bu
birliyimizin,qardaşlığımızın təzahürüdür.Hər birimizin iradəsini ifadə edən Ali Baş
Komandan qeyd etdi ki, bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən ,bir
daha bizim birliyimizi həm xalqlarımıza,eyni zamanda bütün dünyaya göstəririk.
Həmçinin Zəfər paradına xüsusi bir təntənə qatan qardaş Türkiyə dövlətinin
Prezidenti Rəcəb Tayyib Ərdoğanın düşmənə gözdağı verən səmimiyyət,
qalibiyyət,qardaşlıq duyğularını təcəssüm etdirən ,bu gün dillər əzbərinə çevrilən
çıxışı oldu.Unudulmaz xalq şairi Bəxtiyar Vahabzadənin misraları ilə bütün
dünyaya mesaj göndərən cənab Prezident hamını heyran etdi:
Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı,ancaq
Qanla möhürləyib ,zorla alarlar.
İsa bulağının zümzüməsini,
Cabbarın ,Seyidin ,Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?
Bütün çıxışı boyunca özünəməxsus qürur hissi ilə Azərbaycaının işğaldan azad
olmuş şəhər və rayonlarının füsunkar təbiətini vəsf edərək ,Əhməd Cavadı,Nuru
paşanı,Ənvər paşanı,Qafqaz İslam Ordusunun igid əsgərlərini,Azərbaycan
Şəhidlərini ,Mübariz İbrahimovu anaraq onların ruhunu bir daha şad edən cənab
Rəcəb Tayyib Ərdoğan bu çıxışı ilə hər birimizin qəlbində bir daha taxt qurdu,bir
daha bizi qürurlandırdı,şərəfləndirdi.
Tariximizə nəzər salsaq görərik ki,Azərbaycanda paradlar çox olub.Amma bu parad
Azərbaycan tarixində bir ilkdir.Yeni bir dövrün başlanğıcı deməkdir.Qanla
qazanılan qələbənin zəfəridir.30 illik qan yaddaşının 44 gün ərzində zəfər
yaddaşına çevrildiyinin təcəssümüdür bu parad.Ali Baş Komandanın da vurğuladığı
kimi gücümüzü,birliyimizi nümayiş etdirən dəmir yumruğumuzun hesabına
qazandığımız Qələbənin təntənəsidir bu parad.Məhz o dəmir yumruq ki,
düşmənin belini qıraraq onu “ağ bayraq”qaldırmağa məcbur etdi,bizi isə qalib
xalq,qəhrəman xalq etdi.Məhz o dəmir yumruq ki, düşmənin başını əzərək
şəhidlərimizin qisasını döyüş meydanında aldı.Bu dəmir yumruğu dadan erməni
faşizmi çətin ki,bir də baş qaldıra bilə.
Ehtiyatda olan bir zabit kimi xüsusi vuğulamaq istəyirəm ki,bu Zəfər paradı
Azərbaycanın hərbi ,siyasi qüdrəti ilə yanaşı iqtisadi qüdrətini də bütün dünyaya
nümayiş etdirdi. Bu isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin illərlə
yürütdüyü düzgün siyasətin nəticəsidir. İqtisadiyyatı güclü olmayan bir dövlət heç
vaxt hərbi uğur qazana bilməz.Paradda 3000 nəfərdən artıq şəxsi heyətin,150-dək
hərbi texnikanın,raket və artilleriya qurğularının,hava hücumundan müdafiə
sistemlərinin,eləcə də hərbi gəmi və katerlərin nümayişi bir daha sübut etdi
ki,Azərbaycan müstəqil dövlət olaraq güclü iqtisadiyyata malikdir.Bu uğurun ,bu
qələbənin arxasında qüdrətli ,iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan
dövlət dayanır.Nizami Ordu bu dövlətin yürütdüyü düzgün iqtisadi siyasət

əsasında formalaşmışdır.Bu gün biz böyük qürur hissi ilə Zəfər paradında bunu bir
daha bütün dünyaya sübut etdik.
Bu paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun
darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də
nümayiş etdirildi.Qeyd etmək yerinə düşərdi ki, bu 44 gün davam edən Vətən
savaşı dövründə müzəffər Ordumuz düşmənin hərbi texnikasını və canlı qüvvəsini
məhv edərək 3,8 milyard dollardan artıq zərər vurmuşdur.Məhv edilən texnika və
döyüş-sursat haqqında bəzi statistik rəqəmləri də yada salmaq yerinə düşər:
366tank:onlardan 79-u qənimət kimi götürülmüşdür,287-si məhv edilmişdir;
“Qrad” qurğusu-97 ədəd;”S-300 “zenit-raket kompleksi-7ədəd,”S-125” zenit-raket
kompleksi-2ədəd;PUA-22 ədəd;”Asa”-zenit-raket kompleksi-40 ədəd;Piyadaların
döyüş maşını-69 –u məhv edilmiş,47-si qənimət kimi götürülmüşdür;”Su-25”
təyyarəsi-5-i məhv edilmiş;yük avtomobilləri-250-si məhv edilmiş,270-i qənimət
kimi götürülmüşdür;”YARS”raketi-1 ədəd məhv edilmişdir və sairə.
Bu rəqəmləri yadınıza salmaqda məqsədim odur ki,BMT-nin 193
dövlətinə,Avropa Birliyinin 27 dövlətinə,Avropa şurasının 47 dövlətinə ,NATO-
nun 28 dövlətinə ehtiyatda olan zabit kimi və xüsusi xidmət orqanlarında 10
ildən çox xidmət etmiş bir əməkdaş kimi sual verirəm:Ermənistan kimi iqtisadi
cəhətdən zəif bir dövlətin tank kvotası 200 ədəd olduğu halda 366 tank haradan
peyda oldu?! Bir Azərbaycan vətəndaşı kimi tələb edirəm ki,adlarını sadaladığım
beynəlxalq təşkilatlar, ikili siyasət yürüdən dünyanın aparıcı dövlətləri bu
sualımı cavablandırsınlar!
Bu 30 il ərzində 23 min nəfərdən çox şəhid vermiş Azərbaycan xalqının bu şanlı
Zəfər paradını izləyərkən sanki Ulu Öndərin də ölməz ruhu göylərdə pərvaz
edərək bir daha dünyaya səs salırdı: MƏN FƏXR EDİRƏM
Kİ,AZƏRBAYCANLIYAM!
Bu paraddan bir gün öncə Ali Baş Komandan həmişə olduğu kimi bu dəfə də
andına sadiq qalaraq Şəhidini,44 günlük Vətən savaşında igidlik
göstərən,qanı,canı,həyatı bahasına bizi qalib xalq edən müzəffər Ordumuzun şəxsi
heyətini ən yüksək fəxri adlarla,orden və medallarla təltif etdi ,bununla da əsl
sərkərdə kimi Qələbəmizi dəyərləndirmiş oldu:
“Zəfər”ordeni-33 nəfər;”Qarabağ”ordeni-204 nəfər;”Vətən Müharibəsi
Qəhrəmanı”-83 nəfər.

Bu paradın özünəməxsus daha bir özəlliyi ondan ibarət oldu ki,Azərbaycan
Respublikasının Dövlət Bayrağı Azadlıq meydanına gətirildikdən sonra Şuşaya
sancılan zəfər bayrağı da meydana daxil oldu.Burda daha bir simvolik an yaşandı.
Belə ki,bu bayrağı Azadlıq meydanına möhtərəm Prezidentimizin sərəncamı ilə
general –mayor ali hərbi rütbəsinə layiq görülən,Qarabağ xanlığının ,Şuşa
qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad
olunandan sonra oraya ilk komendant təyin olunan Zaur Məmmədov
gətirdi.Həmçinin döyüşlərdə xüsusilə fərqlənən 20 –yə yaxın hərbi hissənin döyüş
bayrağı da nümayiş etdirildi.Bu bayraqlar meydana daxil olub Vətən səmasında
dalğalandıqca sanki şəhidlərimizin ölməz ruhu da onlarla bərabər bayram edərək
bir daha mavi səmaya ucalırdı və ucaldıqca göylərə səs salırdı:
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Çingiz Dadaşov-Nəsimi rayon sakini,
ehtiyatda olan zabit,
“Demokratik İnkişafın Təşviqi”-İB-nin sədri.