Bəli,bu məqaləmdə”Qarabağ Azərbaycandır!”deyib onu reallığa çevirən Ali Baş
Komandan cənab İlham Əliyevin sözdə deyil,əməldə həyata keçirdiyi ümumxalq
qayğısına diqqətinizi yönəltmək istəyirəm.
44 günlük Vətən savaşı Zəfər tariximizə çevrilib bizi qalib xalq etdi.Bu gün nəinki
milyonlarla azərbaycanlının,eləcə də bütün türk dünyasının görkəmli siyasi
xadimi olan cənab İlham Əliyev ötən 200 illik dövr ərzində Azərbaycan
torpaqlarını işğaldan azad edən ilk fateh dövlət başçısı kimi adını tarixə və hər
birimizin qəlbinə qızıl hərflərlə yazdı.
Bu qələbəyə aparan yolu təhlil etsək görərik ki,Azərbaycanın tarixi zəfərə nail
olmasında üç əsas komponentin böyük əhmiyyəti vardır:birincisi Azərbaycan
iqtisadiyyatının inkişafıdır ki,bu konsepsiyanın əsasını Ümummilli Lider Heydər
Əliyev qoymuşdur.”İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir.” deyən
Azərbaycanın dahi rəhbəri böyük dövlətlərin Azərbaycanda iqtisadi maraqlarını
balanslaşdıran “Əsrin müqaviləsinin”imzalanmasına nail olmuşdur.
Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev bu islahatları davam etdirməkdədir.Cənab Prezidentin özünün
də vurğuladığı kimi,insan faktoru bu islahatların önündədir,yəni əsas leytmotividir.
Dəmir yumruğun formalşmasına da məhz bu amil zəmin yaratmışdır.Yəni ,dövlət-
xalq,iqtidar-xalq,xalq-ordu birliyi yaranmışdır.Məhz dövlətin qayğısını,diqqətini
hiss edən xalq öz liderinin ətrafında bir yumruq kimi sıx birləşərək,ona inanaraq
,ona güvənərək Qarabağın azad olunması uğrunda canından keçməyə hazır
olduğunu isbat etdi.
Məlumdur ki,hazırda bütün dünyada iqtisadi inkişaf zəifləyib.Buna baxmayaraq
Azərbaycan 2021-ci ilə iqtisadi inkişaf hədəflərini açıqlayıb və qarşıda ölkə
iqtisadiyyatını inkişaf etdirmək,30 il ərzində erməni faşistləri tərəfindən məhv
edilmiş torpaqlarımızı yenidən dirçəltmək kimi şanlı bir missiya dayanır.Bu
məqsədlə dövlət başçımızın rəhbərliyi altında Azərbaycan dövləti müvafiq
infrastruktur işlərinə başlayıb.
Həmçinin bir çox sosial yönümlü islahatlar paketi Azərbaycan Respublikasının
21.12.2020-ci il tarixli qərarı ilə büdcə zərfinə daxil edilmişdir.
Bilirik ki,müharibənin yazılmamış qanunları var. Nə qədər ağır olsa da , insan itkisi
qaçılmazadır. Geriyə qalan isə gözüyaşlı analar, ata həsrətli övladlardır.

Bu itkini heç cür geri qytarmaq mümkün deyil.Lakin dövlət baçşımız cənab İlham
Əliyevin ,Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı
həmişə hiss olunub və hiss olunmaqda davam edir.Məhz bu səpkidə verilən
qərarlar bunu əməldə sübut edir.
Əmək pensiyaları haqqında qanuna dəyişikliklər,”Şəhidllik statusunun verilməsi
haqqında” dövlət qanunu,müharibə ilə əlaqədar əlillik statusunun verilməsi bunun
bariz nümunəsidir.
Belə ki, I Qarabağ savaşında vuruşan 12 268 nəfərə, cənab Prezidentin
göstərişinə əsasən ,11 min manat birdəfəlik yardım ödənilmişdir.
6654 şəhid ailəsi mənzillə təmin edilmişdir.6144 nəfərə avtomobil
verilmişdir.Müharibədə vuruşmuş və əlillk statusu almış döyüşçülərə də
birdəfəlik yardım göstərilməsi nəzərdə tutulmuşdur.I qrup əlillərə 8800 manat,II
qrup əlillərə 6600 manat, IIIqrup əlillərə 4400 manat birdəfəlik yardım nəzərdə
tutulmuşdur.
II Qarabağ savaşında şəhid olmuş 2803 nəfərə 11 min manat birdəfəlik yardım
veriləcək.Əlillərə dövlət tərəfindən müəyyən müavinətlər veriləcək.Bu sahəyə
dövlət nəzarəti daim gücləndiriləcəkdir.
Budur milli dəyərləri yaşatmaq,budur dövlət qayğısı ,budur xalqın lideri olmaq.
Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki,sabah,yəni dekabrın 24-ü
xalqımızın liderinin ,cənab İlham Əliyevin doğum günüdür.Bu münasibətlə
dövlət başçımızı ürəkdən təbrik edir,ona can sağlığı ,ölkəmizin inkişafı,xalqımızın
rifahı ,Qarabağımızın çiçəklənməsi naminə fədakar fəaliyyətində yenilməzlik
arzu edirəm.
QARABAĞ BİZİMDİR!
QARABAĞ AZƏRBAYCANDIR!
Çingiz Dadaşov-Nəsimi rayon sakini,
hüquqşünas,
“Demokratik İnkişafın Təşviqi”-İB-nin sədri.