“Qafqaz evi” ideyası ilə bağlı çox fikirlər bildirilib. Liberal yönüm daim belə bir ideya irəli sürür ki, Azərbaycanın torpaq işğalları ilə bağlı münaqişə Qafqaz xalqları arasında sülhün bərqərar olmasına ən böyük maneədir. Daha sonra bildirirlər ki, bu nifrət nə qədər davam edəcək və s. Sözün düzü, bizdə istənilən ideyanın zaman keçdikcə biznes-projesinə çevrilməsi adi  hal olduğu üçün bu fikirləri bildirən liberalların da səmimiyyətinə inanmaq bir qədər çətindir. “Qafqaz evi” yaradıram!” şüarı arxasında xarici donordan para qoparmaq niyyəti durur. Qoy, qoparsın! Yenə də özümüzküdür və heç də siyasi məslələrə baş vurmur. Amma bu ideyanın dünəni və bu günki durumu var.

İDEYANIN KÖKLƏRİ

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin tədqiqatlarına görə, bu ideyanı ilk dəfə Qafqazda Mirzə Fətəli Axundov irəli sürüb. O illərdə Axundov Qafqazda bu ideyanın üzərində işləyəndə Gürcüstanda İlya Çavçavadze, Qərbi Azərbaycanda isə, köçürülmüş ermənilər içində Xaçatur Abovyan etnik millətçilik ideyası üzərində işləyirdilər.

“Qafqaz Evi” ideyası Osmanlı dövlətinin marağında da dururdu və əsas amil kimi Qafqazın müsəlman əhalisi nəzərdə tutulurdu.   1915-ci ildə Türkiyədə marşal Fuad paşanın rəhbərliyi altında “Qafqaz Evi” adlanan siyasi təşkilatın Prezidiumunda Səlim bəy Behbudov Azərbaycanı təmsil edirdi.

Qeyd edək ki, o illərdə Mirzə Bala Məmmədzadə, Məhəmmədəmin Rəsulzadə və yaradılan “Difai” partiyasının da əsas qayəsi bu idi. Hətta bu dövrdə keçmiş “Difai”çilər tərəfindən müstəqil Qafqaz müsəlman dövlətinin yaradılması ideyası irəli sürülmüş, Aslan xan Xoyski tərəfindən 1915-ci ilin fevralında gizli surətdə Ənvər paşaya belə bir dövlətin yaradılmasının layihəsi təqdim olunmuşdu. Sarıqamış məğlubiyyətindən sonra Ənvər paşa bu layihəni təsdiqləmiş, lakin müharibənin sonrakı gedişi bu ideyanın həyata keçməsinə imkan verməmişdir.

Rusiyada oktyabr inqilabından sonra Qafqazda Azərbaycan, Gürcüstan və “ermənistan” daxil olmaqla, qısamüddətli (24 fevral-26 may 1918-ci il) Qafqaz Federasiyası yaradıldı. Bu, “Qafqaz evi”nin yaradılması istiqamətində ilk cəhd idi. Federasiya 26 may 1918-ci ildə Gürcüstanın, iki gündən sonra isə Azərbaycanın və “ermənistan”ın öz müstəqilliklərini elan etmələri ilə süquta uğradı. Üzeyir Hacıbəyovun “Biz hamımız Qafqazlı balasıyıq” adlı məqaləsində də ideyanın region üçün əhəmiyyətli olduğu qeyd edilirdi.

Yeni yaranmış dövlətlər cəmi iki ildən sonra bolşeviklər tərəfindən süquta uğradıldı, 1922-ci ilin martından 1936-cı ilədək Leninin təklifi ilə Zaqafqaziya Sovet Sosialist Respublikası yaradıldı. Lakin bu ittifaqın müvəqqəti ideya olması bəlli idi.

“SOYUQ MÜHARİBƏ” DÖVRÜ VƏ 90-CI İLLƏR

Mühacirətdə olan milli fəallar bu işi davam etdirirdilər. “Qafqaz birliyi”nin əsas müəlliflərindən biri olan Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də qafqazlı mühacirlər Azərbaycan Cümhuriyyətinin Paris nümayəndəliyinə yığışaraq “Qafqaz konfederasiyası”nı müzakirə etmişlər. 1927-ci ildə Polşada Müstəqil Qafqaz Komitəsi yaradıldı. Azərbaycan M.Ə.Rəsulzadə və M.Ə.Mehdiyev, Gürcüstan N.Jordaniya, A.Çxenkeli, A.Asantnani, S.Mdivani ilə təmsil olundu. Simali Qafqaz adından isə M.Sunşev və İ.Xumşov üzv idi.

Yeni bir addım 1935-ci ildə Qafqaz Federasiyası Şurası adı altında yaradılan qurum oldu. Şura Azərbaycan, Gürcüstan və Şimali Qafqazın milli təşkilatlarından formalaşmışdı ki, əsas məqsədi respublikaların konfederasiya formasında müstəqil Qafqaz Respublikasının elan edilməsi idi. 1940-cı ildə şuraya “ermənistan” da qoşuldu. Lakin yenə də bu, iflasa uğradı. Rəsulzadənin və onun mühacirətdəki gürcü dostlarının fəallığı ilə 1952-ci il dekabrın 11-16-da Almaniyanın Münhen şəhərində Ümumqafqaz konfransı keçirildi və Rəsulzadə orada Qafqazın gələcəyi, eləcə də Rusiyasız Qafqaz ideyası ilə bağlı fikirlər irəli sürdü. 1951-ci il yanvarın 18-də ABŞ-ın dəstəyi ilə SSRİ xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi yaradılanda, orada öz gürcü dostları ilə kommunist rejiminə qarşı ciddi mübarizə aparanlardan biri və birincisi Rəsulzadə idi.

Sovetlər Birliyi dağılandan sonra -1989-cu ildə Qafqaz xalqları birlik üçün yenidən cəhdlər etməyə başladılar. Bu istiqamətdə ilk addım olaraq 1989-cu ildə Qafqaz Dağlı Xalqları Assambleyası quruldu və 1991-ci ildə bu təşkilat çeçenləri, kabardinləri, adıgeyləri, abazinləri, abazaları və Qafqazın digər xalqlarını birləşdirən bir Konfederasiyaya çevrildi. 1992-ci ilin sentyabr ayında Çeçenistanın ilk prezidenti Cövhər Dudayev Qroznıda “Ümumi Qafqaz Evi” təşkilatının üzvləri üçün dəyirmi masanın təşəbbüskarı oldu.  Artıq mətbuatda “Qafqaz Evi”, “Qafqaz Xalqları Federasiyası”, “Qafqaz Konfederasiyası” kimi ideyalar ortaya atılırdı ki, Tiflis, Bakı, Nalçik, Mahaçqala, Qroznı kimi iri şəhərlərdə bir sıra qurultaylar da keçirildi.

Lakin bu ideyanın gerçəkləşməsinin qarşısını alan Rusiya və onun “ermənistan” adlı layihəsi oldu. Buna görə də Rusiya tərəfindən təklif edilən “3+1” modeli ortaya atıldı. Buna görə Azərbaycan, Gürcüstan, “ermənistan” və Rusiyanın yanında Çeçenistan istisna olmaqla, “Qafqaz Evi” yaradılmalı idi.

Daha sonra “3 + 3 + 2” (Azərbaycan, Gürcüstan, “ermənistan” + Rusiya, Türkiyə, İran + ABŞ, AB) modeli gündəmə gətirildi. Bu gün də ideyanın reallaşması üçün iki model üzərində təkliflər var. Lakin ortaq məxrəc əldə etmək çətindir.

1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı 2 dövlət başçısının imzaladığı birgə Bəyannamə “Ümumi Qafqaz Evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcı oldu. Lakin “ermənistan”ın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması “Ümumi Qafqaz Evi” ideyasının həllini iflasa uğratdı.

XXI ƏSRİN ƏVVƏLİ

2008-ci ildə “Rəcəb Tayyib Ərdogan Azərbaycana Qafqaz Evi ideyasını müzakirə etmək üçün gedir” – deyə Türkiyə baş nazirinin müşaviri Qeybulla Ramazanoglu KİV-lərə bildirmişdi. Amma bu təşəbbüs də reallaşmadı.

2011-ci ildə Gürcüstan prezidenti M.Saakaşvilinin “Qafqaz evi” ideyasını şərh edən tarixçi professor, millət vəkili Musa Qasımlı  bildirdi ki, bu illərdə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və digər şəxslər də Qafqaz ölkələrinin hansısa birlik şəklində birləşməsinə dair təkliflər səsləndirdilər. Ona görə də müzakirə olan bu ideya Gürcüstan prezidentinin ünvanına yazılmamalıdır: “Azərbaycanın dövlət başçısı İlham Əliyevin Tbilisiyə səfəri zamanı Saakaşvili ona konfederasiya yaratmaq barədə arzusunu bildirmişdi. Özü də Saakaşvili bu təklifi irəli sürəndə ölkəsinin siyasi maraqlarını güdüb“ – deyən millət vəkili onu da dedi ki, əslində bu ideya Avropa Birliyinə məxsusdur. Alimin sözünə görə, Avropa Birliyi viza rejiminin, gömrükdən keçidin, ümumiyyətlə, insanların sərbəst hərəkətinin asanlaşdırılmasını tələb edir. Ancaq burada da yeganə əngəl “ermənistan”ın qonşularından əsassız torpaq və digər sahələrdə iddialarıdır.

Beləliklə, nəticə budur ki, “Qafqaz evi” ideyası yalnız və yalnız “ermənistan” adlı qondarma qurumun mövqeyinə görə reallaşa bilmir. Faktiki “ermənistan” adlı qurum “Qafqaz evi” ideyası altına Rusiya tərəfindən qoyulan bombadır.

“TÜRK-İSLAM QAFQAZ EVİ”

İndi bəzi liberal fikirli adamlar bildirirlər ki, Azərbaycan xalqı ilə ermənilər arasında düşmənçiliyin də bir gün sonu olacaq. Misal kimi göstərirlər ki, fransızlar və almanlar arasında düşmənçilik iki dünya müharibələri ərəfəsində də böyük idi, düşmənçiliyin 100 yaşı vardı, amma sonu sülhlə, Avropa Birliyi ilə bitdi və s. və i.a.

Əvvəla, iki dünya müharibəsinin başlanmasının səbəbkarı almanlar idi. Fransanın qanuni torpaqlarını işğal etmişdilər. Hər iki müharibədə Fransa Almaniyaya qalib gələrək, həmin torpaqları geri qaytarmışdı. Almaniya torpaq iddialarına və müharibə səbəbkarı olmasına görə, ciddi cəzalandırıldı. Sudet vilayəti Çexiyaya verildi və oradakı almanlar qovuldular. Köniksberq (müasir Kalininqrad) vilayəti Rusiyaya verildi və oradan da alman əhalisi qovuldu. Dantsinq (indiki Qdansk) vilayəti Polşaya peşkəş edildi və ərazi alman əhalisindən təmizləndi. Digər torpaqların itirilməsi, alman əhalisinin qovulması və s. barədə heç demirik. Beləliklə, almanların işğalçı siyasəti ədalətli cəzasını tapdı, baxmayaraq ki, göstərilən torpaqlarda almanlar qədimdən yaşayırdılar. Məhz almanlar bir millət kimi və Almaniya bir dövlət kimi cəzasını aldıqdan sonra Avropa Birliyi layihəsi gerçəkləşdi.

İndi “düşmənçilik nə qədər davam edəcək?” horrası ilə bizim başımızı doldurmağa çalışan liberallara cavabımız budur ki, almanlar və Almaniya necə cəzalanıbsa, ermənilər və “hayastan” da cəzalanandan sonra “Qafqaz evi” barədə nəsə danışmaq olar.

İkincisi, Qafqazda əsas aparıcı din islamdır və əsas aparıcı etnos Türk etnosudur ki, burada da Azərbaycan Türklüyü başlıca rolu oynayır. “Qafqaz evi” konsepsiyası türk və islam xalqlarının dominantlığını nəzərə almalıdır, əks halda, bu yalnız Qərbin növbəti “xristian” projesi kimi xülya olaraq havadan asılı qalacaq.

Nəhayət, üçüncüsü, almanlardan fərqli olaraq ermənilər bu torpaqlarda rus imperilaizminə görə mövcuddurlar, gəlmədilər, yaddırlar. Qısır bir tayfa olaraq onların qarşısında rus və Qərb imperializminin qoyduğu məqsəd — Türk və digər müsəlman xalqları fiziki məhv etməkdir. Buna ermənilər qismən nail olublar. Qafqazdakı Türk və müsəlman xalqlarının vəzifəsi bu rus imperializminin tör-töküntüsünə yerini göstərməkdir. Bunu da ilk növbədə Turan ordusu edəcəkdir!

Həm də, Şərqdə sivilizasiyanı və dövlətçiliyi yaradan Türklüyü Avropada fransız, ingilis və almanlarla haradasa müqayisə etmək olarsa,qovulmuş torpaqlarının aborigeni olan, Avropa mədəniyyətinin əsas sütunlarından birini təşkil edən almanlarlabizim əzəli torpaqlara köçürülmüş hayes və şurtvatslardan ibarət cingənə yığını ilə müqayisə etmək gülünc məntiqsizlikdir.

Qarxunlu

“Millətçilik” qəzeti