ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş verən atışmada azı bir nəfər ölüb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə “Fox 5” televiziya kanalı məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxs Atlantada mağazalarından birində yerli vaxtla təxminən 16: 00-da (Bakı vaxtı ilə 24:00) bir qrup şəxsə atəş açıb. Silahlı insidentə səbəb iki qadın arasında baş verən münaqişənin səbəb olacağı bildirilir. Daha sonra həmin qadınlardan polis tərəfində saxlanılıb.

Atışma nəticəsində ikisi uşaq olmaqla altı nəfər yaralanıb. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Şövkət Hüseyinova