Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 aprel 2021-ci il tarixində Bakıda Hərbi Qənimətlər Parkının açılışını etdi

Böyük fəxarətlə bütün dünyaya qalib xalq kimi tanındıq.Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında aldı.Bu isə qəhrəman şəhidlərimizin yaxınları üçün ən böyük təsəllidir.Ən böyük təsəllimiz də odur ki,torpaqlarımız azad olundu,ərazi bütövlüyümüz bərpa edildi.Həm Birinci,həm də İkinci Qarabağ müharibəsinin şəhidlərinin qanı torpağa qarışıb Vətən oldu.Müzəffər Ordumuz  Xocalı qurbanlarının,o cümlədən digər mülki şəxslərin intiqamını döyüşərək,vuruşaraq,qan tökərək,tarixi ədaləti bərpa edərək aldı,düşməni torpaqlarımızdan qovdu.Ali Baş Komandanın uzaqgörən siyasəti hər birimizi bu gün başıuca etdi.Artıq illərdən bəri dilimizi yandıran,ürəyimizi dağlayan “qaçqın”,”köçkün”kəlmələri əbədiyyətə qovuşdu.

Danılmaz faktdır ki,44 günlük Vətən savaşı gücümüzü,iradəmizi və ən əsas birliyimizi “Dəmir yumruğa “çevirib bütün  dünyaya bizi qəhrəman bir xalq kimi bir daha tanıtdı.İgid əsgərlərimizin yaralandığı halda belə döyüş meydanını tərk etmək istəməməsi,sağalar –sağalmaz yenidən ön cəbhəyə geri dönmək əzmi Azərbaycan xalqının ,Azərbaycan əsgərinin,Azərbaycan zabitinin yüksək mənəvi keyfiyyətlərini,Vətən ,ana sevgisini əməldə bütün dünya xalqlarına sübut etdi.

Bu gün artıq sirr deyil ki,dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız,uğurlarımız ,Qələbəmiz öyrənilir.

Möhtəşəm Qələbəmizin təcəssümü isə Hərbi Qənimətlər Parkının timsalında bir daha bütün dünyaya səs saldı.

Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən Park  paytaxtın Xətai rayonunda yerləşir.

Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!”süarı əks olunan kompozisiya,Ermənistan tərəfindən törədilən müharibə cinayətləri,o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması ,dinc sakinlərin qətləyetirilməsi və yaralanması barədə faktlar,düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər –M” raketinin qalıqları var.Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi,ümumilikdə 300-dən çox eksponat,o cümlədən 150-dək ağır texnika ,tanklar,döyüş maşınları,artilleriya qurğuları,zenit-raket kompleksləri,atııcı silahlar,hərbi nəqliyyat sərgilənir.

Təqdim edilən eksponatlar ,10 səddən ibarət müdafiə sistemi,sığınacaqlar,hərbi kazarmalar ,Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkanlar yaradır.

Vətən müharibəsi göstərdi ki,keçən 17 il ərzində Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.Dövlət başçımızın da qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsinin aparılması üçün Azərbaycanda böyük hazırlıq işləri görülmüşdür.Ölkəmizin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratmışdır.Əsası Ulu Öndər tərəfindən qoyulan iqtisadi müstəqilliyimiz və son 17 il ərzində Prezidentimizin apardığı uğurlu siyasət bizi Qələbəyə gətirib çıxardı.

Hərbi Qənimətlər Parkının açılışında Prezidentimiz məhz bu məsələyə toxunaraq qeyd etmişdir ki,iqtisadi müstəqillik əsas məsələlərdən biri idi.Ona da nail olduq.Enerji müstəqilliyinə nail olduq.Tarixi layihələri həyata keçirdik.2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi.O kəmərlər tikilməsəydi bu qədər vəsaitimiz olmazdı.Vəsait yoxdursa silah da olamyacaqdı.Silahları bizə heç kim bağışlamayıb.Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə etməyib.

Mən isə bir  vətənpərvər kimi qeyd etmək istəyirəm ki,danılmaz faktdır ki,Sizin kimi uzaqgörən siyasi Lider olmasaydı bu uğurların heç biri əldə olunmazdı. Bu Qələbənin memarı Sizsiniz ,Ali Baş Komandan!Bu Qələbəni Sizə , Müzəffər Ordumuza,o cümlədən ölməz Şəhidlərimizə borcluyuq!

QARABAĞ BİZİMDİR!

QARABAĞ AZƏRBAYCANDIR!

 Çingiz Dadaşov,ehtiyatda olan zabit

“Demokratik İnkişafın Təşviqi “ İ B sədri