“Belarusda Rusiya qüvvələrinə hələlik ehtiyac yoxdur. Ümid edirəm ki, olmayacaq da. Bununla həm Moskvada, həm də Minskdə razıdırlar”.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Rusiyanın təhlükəsizlik sahəsində Belarus qarşısında öhdəlikləri var, Lukaşenko bu məsələni qaldırmışdı”, – o  vurğulayıb.

Ölkə başçısının sözlərinə görə, Belarusda durum hazırda tarazılaşır.

V.Putin bildirib ki, Belarus üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət ehtiyat hazırlanıb.

O həmçinin Belarusdakı güc strukturlarının fəaliyyətini qiymətləndirib: “Belarusun hüquq-mühafizə orqanları özlərini yetərincə təmkinli aparırlar”.