Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısına zavodun fəaliyyəti barədə məlumat verilib.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Sonra dövlət başçısı zavodun kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.