Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.