Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevAzərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Bakıxəbər.az xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.