“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) nizamnaməsinə dəyişiklik edilərək onun Müşahidə Şurasının üzvlərinin sayı 4-dən 6-ya çatdırılıb.

Bakıxəbər.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, dövlət başçısı ASK-nın yaradılması haqqında 6 noyabr 2017-cil tarixli və nizamnaməsinin təsdiq edilməsi haqqında 4 dekabr 2017-ci il tarixli fərmanlarına dəyişiklik edib.