NAQİF HƏMZƏYEV: Ölkə prezidenti bu sərəncamla növbəti dəfə minlərlə insanın, yüzlərlə ailənin sevincinə sevinc qatmış oldu…

Ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirən Azərbacan prezidenti cənab İlham Əliyevin növbəti əfv sərəncamını imzalaması humanizm prinsiplərini daim rəhbər tutmasının bariz nümunəsidir.

Türk.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkilinin dediyinə görə, Novruz bayramı ərəfəsində  431 ailəyə sevinc bəxş edən bu əfv sərəncamını yalnız alqışlamaq lazımdır.

“Ölkə prezidenti bu sərəncamla növbəti dəfə minlərlə insanın, yüzlərlə ailənin sevincinə sevinc qatmış oldu.  Odur ki, bu nəcib və humanist addımına görə cənab prezidentimizə seçicilərim adından minnətdarlığımızı bildirirəm”-deyə, millət vəkili sözlərinə əlavə edib.

naqif-1

GEVHAR-2

Gövhər Baxşəliyeva: Cənab prezident bir daha bu əfv fərmanı ilə sübut etdi ki,  hər bir vətəndaşımızın prezidentidir, insan hüquq və azadlıqları prinsiplərinə ölkəmiz sadiqdir ve bu sahədə işlər muxtəlif islahatlar vasitəsi ilə daim təkmilləşir

Millət vəkili, akademik Gövhər Başxşəliyeva da qeyd edib ki, əfv fərmanının xalqımızın Novruz bayramı ərəfəsində verilməsi ilk növbədə əfv olunanlara, onların ailə üzvləri və qohum-əqrəbalarına yeni böyük bir sevinc və bayram hədiyyəsidir:

“Əlbəttə, bu, ölkə başçımız cənab İlham Əliyevin mərhəmət və humanizm prinsiplərinə söykənən siyasətinin, aparılan islahatların tərkib hissəsidir. Bildiyiniz kimi, hər Novruz bayramı ərəfəsində cənab İlham Əliyev tərəfindən bu addım atılır. Siyasi baxışından, əqidəsindən, dünya görüşündən asılı olmayaraq, törətdiyi cinayət əməli və ya hüquqpozma əməlindən peşman olmuş, səhvini etiraf etmiş və ya səhhəti, ailə vəziyyəti ilə əlaqəli olaraq, bir qrup insan cənab prezidentimizin humanizm və mərhəmətindən  irəli gələn verdiyi fərman və sərəncamla cəza çəkməkdən azad olunur.

Cənab prezident bir daha bu əfv fərmanı ilə sübut etdi ki,  hər bir vətəndaşımızın prezidentidir, insan hüquq və azadlıqları prinsiplərinə ölkəmiz sadiqdir və bu sahədə işlər muxtəlif islahatlar vasitəsi ilə daim təkmilləşir. Azad olunanlar mətbuatdan da gördüyümüz  kimi, bunun üçün möhtərəm prezidentimiz cənab İlham Əliyevə, eyni zamanda, bu işdə yüksək səviyyədə səylərini, zəhmətini əsirgəməyən birinci vitse-prezident, xanım Mehriban Əliyevaya dərin minnətdarligini bildirirlər.

Bu gun dünyada ölkəmizi istəməyən qüvvələr və onların dəyirmanına su tökən öz içimizdən olan bəzi yaramazlar bütün bu kimi addımlara kölgə salmaq istəyirlər. Ancaq ölkəmiz, dövlətçililiyimizi qorumaq naminə xalqımız həmişə dövlətinin və prezidentinin yanında olduğunu sübut edib. Mən cənab prezidentimizin bu humanist addımını alqışlayır, ölkəmizin uğurlu gələcəyi naminə Ulu Tanrıdan ona can sağlığı arzulayıram”.