“Bəyanatın imzalanmasından keçən ayyarım ərzində cəmi 1 atəşkəsi pozuntusu insidenti olub. Bizdə olan məlumata görə, bu, Ermənistan rəhbərliyinin nəzarəti altında olmayan “könüllülər qrupu”, əslində isə yaraqlılar tərəfindən törədilib”.

Bakıxəbər.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Həmçinin qeyd etmək istəyərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması işləri gedir. O, bəyanatda da öz əksini tapıb. Mərkəz vəziyyətin müşahidəsini gerçəkləşdirəcək”, – dövlət başçısı xatırladıb.

Şövkət Hüseyinova