Ukrayna Prezidenti Pyotr Poroşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ukraynalı girovların azad edilməsi məsələsində yardımçı olmaq barədə çağırış edib.

Bakıxəbər.az xəbər verir ki, TANAP-ın açılış mərasimi çərçivəsində görüşən liderlər iki ölkə arasındakı əməkdaşlığı və beynəlxalq gündəmi dəyərləndirib.

Poroşenko Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyi üçün Ərdoğana təşəkkür edib və Rusiyadakı girovların azadlığı üçün vasitəçilik etməyi xahiş edib.