Xətai Rayon Prokurorluğu polisin bıçaqlanması ilə bağlı açıqlama yayıb.

“Report”a daxil olan açıqlamada deyilir:

Avqustun 9-da paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olmuşdur.