Hindistanda koronavirus daşıyıcısı olan pizza kuryeri 70-dən çox ailəni infeksiyaya yoluxdura bilər.

Bakıxəbər.az xəbər verir ki, bunu yerli NDTV telekanalı açıqlayıb.

Məlumata görə, 20 yaşlı kuryer son 15 gündə paytaxt Dehlinin cənub rayonlarında 72 ailəyə yemək çatdırıb.

Bildirilir ki, həmin ailələr hazırda karantin altındadırlar.

Gəncin xaricə səfər etmədiyi və alıcıların birindən yoluxduğu güman edilir.

Qeyd edək ki, Hindistanın paytaxt dairəsi Dehlidə indiyədək 1 578 yoluxma, 30 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 091 000-i ötüb. Bunların 516 675 nəfəri sağalıb, 135 227 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.