Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “2 fevral-Gənclər günü” münasibəti ilə işəgötürənlərlə təhsilalanlar arasında görüş keçirilmişdir.

Görüşdə Araz Supermarketlər Şəbəkəsi və Enactus Azərbaycan Nümayəndiliyi işəgötürən tərəfdaşları iştirak etmişlər. Enactus Azərbaycan Nümayəndiliyinin direktoru Kəmalə Məmmədli Gənclər günü münasibəti ilə gəncləri təbrik edərək qeyd etmişdir ki, bu gün ölkəmizdə prezident cənab İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılmışdır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atır və cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün müstəqil Azərbaycan Respublikasını gücləndirir. Gənclərimizin sorağı Beynəlxalq konfranslardan, dövlət və hökümət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir. Daha sonra çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun Təhsil müəssisələri ilə əlaqələr bölməsinin müdiri Fuad Əliyev gənclər siyasətinin əsas prioritetlərindən biri kimi iqtisadiyyatın əsas qolu olan peşə təhsilinin gücləndirilməsi və peşə təhsili alan gənclərin məşğulluqlarının təmin edilməsinin vacibliyini qeyd etmişdir.
Əsasən buraxılış qrup məzunlarının işlə təmin olunması məqsədilə keçirilən görüşdə Texnika və Texnologiyalar, Turizm və Sosial Xidmətlər, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzlərinin 150–dən çox gəncinin sorğu anketi (CV) hazırlanmış, müsahibəsi keçirilmişdir. İşə qəbul olanların nəticəsi yaxın günlərdə açıqlanacaqdır.
Qeyd edək ki, gənclərin işlə təmin olunması istiqamətində keçirilən işə qəbul prosesi Enactus Azərbaycan Nümayəndəliyi və Araz Supermarketlər Şəbəkəsinin təşkilati dəstəyi ilə keçirilən “Mənim Biznes Planım ” təlimlərinin davamı kimi uğurla icra edilmişdir.
Peşə təhsilinin inkişafına biznes dəstəkPeşə təhsilinin inkişafına biznes dəstək