Pekin Nəqliyyat Universitetinin kampusu ərazisindəki tələbə laboratoriyasının binasında partlayış baş verib.

“Report” “Sina” nəşrinə istinadən xəbər verir ki, ölən və yaralananlar barədə məlumat yoxdur.

Bildirilir ki, hadisə Bakı vaxtı ilə 05:30-da elmi tədqiqat zamanı olub. Əraziyə xilasetmə xidmətinin əməkdaşları cəlb edilib, partlayışın səbəbləri araşdırılır.

Daha əvvəl Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış olub.