“Рееr HUB”: təşkilatların və sağlamlıq imkanları məhdud insanların şəbəkə əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləmləndirilməsi üçün məkan” adlı yeni və çox əhəmiyyətli layihə çərçivəsində mühüm işlər görülüb.

Peer HUB Əməkdaşlığın inkişafı və sağlamlıq imkanları məhdud insanların dəstəklənməsi üçün yaradıcı məkanın yaradılmasına yönəlmiş bir təşəbbüsdür. Layihəyə onlayn-platforma daxil olacaq ki, bu platformada təşkilatlara və sağlamlıq imkanları məhdud insanlara faydalı olan bütün aktual informasiya toplanmış olacaq. Platforma Mərkəzi Asiyanın, Azərbaycanın müxtəlif təşkilatları və bütün arzu edənlər arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün bir körpü rolunu oynayacaq. Həmin bu sayta keçid etmək http://peerhub.kz/ üçün linkin üzərinə kilik edə bilərsiniz. Bu saytda http://peerhub.kz/ ən son xəbərlər, istinad məlumatları, peşəkarlar və hüquq müdafiəçiləri ilə forum, potensialın artırılması və şəbəkədə işləmək üçün zəruri bacarıqların əldə edilməsi üçün onlayn-kurslar təqdim olunacaq.

Onlayn-fəaliyyətdən başqa, istənilən hər kəsin öz ideyalarını və layihələrini bölüşə biləcəyi bir çox maraqlı tədbirlər, müzakirə meydançaları, toplanışlar və forumlar keçiriləcək. Bütün bunlar məhdud imkanlı insanların həyan keyfiyyətinin yaxşılaşdırılmasına və onların Mərkəzi Asiya ölkələrində və Azərbaycanda yaşaması üçün rahat şəraitlərinin yaradılmasına cəlb edilməsinə, habelə bu sahədə işləyən yerli müəssisələrlə əməkdaşlığın inkişafına yönəlmişdir.