???

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 3-də Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşdü. Rəsmi xəbərlərə görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik aspektləri müzakirə edilib.

BƏZİ FİKİRLƏR

“Atlas” Araşdırmalar Mərkəzinə görə, rəsmi xəbərlərdə o da vurğulanırdı ki, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakda ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərini müzakirə edəcək. Nikolay Patruşev bu mövzuları detallı şəkildə Azərbaycanın Təhlükəsizlik Şurasının yeni katibi Ramil Usubovla müzakirə edəcək. Əvvəllər Nikolay Patruşev Moskvada və Bakıda məlum mövzuları Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə müzakirə edirdi. Çünki Ramil Usubov bu vəzifəyə təyin olunana qədər Ramiz Mehdiyev həm də Təhlükəsizlik Şurasına rəhbərlik edirdi. Təhlükəsizlik Şurasının işlərini Ramil Usubova təhvil verən Ramiz Mehdiyevin artıq Nikolay Patruşevlə görüşünə ehtiyac qalmayıb.

Bəs Nikolay Patruşev hansı məsələləri müzakirə etmək üçün Bakıya gəlib?

Birincisi, Nikolay Patruşev az qala ildə bir dəfə həm Azərbaycana, həm də Ermənistana səfər edir və rəsmi xəbərlərdə müzakirə mövzuları dəyişmir. Buna baxmayaraq, bəzən Nikolay Patruşev hansı mövzulara üstünlük verdiyini üstüörtülü açıqlayır. Məsələn Patruşev 2017-ci ilin aprelin 10-da Bakıya səfəri zamanı belə bir cümlə işlətmişdi: “Əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür: Təhlükəsizlik təmin olunarsa, iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz”.

Belə görünür ki, Kreml iki il əvvəl də, indi də Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələsini bütün digər mövzuların önündə qoyur. Bəlkə də bu, Rusiyanın rəsmi Bakıya “müharibəyə başlamayın” mesajıdır ki, bu fikri Patruşev qapalı görüşlərdə Azərbaycan rəsmilərinin diqqətinə çatdırır. Nikilay Patruşevin avqustun 12-də İrəvana səfəri də bu mövzuyla əlaqəli olub.

Politoloq İlqar Vəlizadə də Patruşevin Azərbaycana səfərini şərh edərkən oxşar fikirlər söyləyib. Politoloqa görə, erməni tərəfindən təxribatçı bəyanatlar artmaqdadır.

“Rusiyada, xüsusilə ekspert birliyində, bu, narahatlıq doğurur, çünki bu, regionda gərginlik yaradır, bu isə, Moskvanın xeyirinə deyil. Rusiya bu gün hansısa daha bir gərginlik ocağına fikirini cəmləmək istəyində deyil”.

Politoloqun fikrincə, müharibə başlasa, burada regiondan kənar oyunçuların iştirakı ehtimalı var, onda durum nəzarətdən çıxa bilər. “Bu Rusiyanın marağında deyil. Cari halda təxribatçı Paşinyandır”.

İ.Vəlizadəyə görə, Rusiya ilə Azərbaycanın bu sahədə dialoqu daha fəaldır və hətta intensivdir, nəinki Rusiya ilə “ermənistan” arasında analoji dialoq.

“Bu aydın məsələdir, çünki regional təhlükəsizlik sistemində Azərbaycanın rolu dəfələrlə Ermənistandan yüksəkdir. Son vaxtlar regionumuzda ABŞ-ın aktivləşməsi, xüsusilə, İranla bağlı proseslər Rusiyanı narahat edir, önəmli aktuallığı əfqan mövzusu kəsb edir, bütün bu məsələlərdə Azərbaycan müəyyən rol oynamaqdadır” – deyə politoloq qeyd edir.

Əfqan mövzusuna gəldikdə isə, Azərbaycandan bu ölkəyə hərbi yüklərin marşrutu keçir və həmçinin, İran faktoru da önəmli rol oynayır.

“Bu cür şəraitdə regionun təhlükəsizliyində Azərbaycanın rolu yüksəlir. Qarabağ münaqişəsinin nizamlanması əsas komponentlərdən biridir. Qeyd edilməlidir ki, son zamanlar Rusiya tərəfi bunu anlayır və görünür ki, müəyyən nəticələr çıxarır” – deyə politoloq bildirir.

MİLLƏTÇİLƏRİN BAXIŞI

Sözsüz ki, Rusiyanı işğal edilmiş Azərbaycan torpaqları üzrə status-kvonun pozulması, müharibənin başlanması ciddi narahat edir. Bunu biz də daim demişik. Əgər 90-cı illərdə erməniləri himayə edən Moskva Azərbaycan torpaqlarının işğalında və müharibənin qızışmasında maraqlı idisə, indi durum dəyişmişdir. Daim erməniləri Cənubi Qafqazda öz forpostu kimi dəyərləndirən Kreml analitikləri bəlkə də Azərbaycanın bir dövlət kimi siyasi xəritədən silinməsini arzulayırlar, amma anlayırlar ki, indiki dövrdə müharibənin başlanması Rusiyanın özünün də bu müharibəyə qoşulmasına şərait yaradacaq.

Amma biz belə bir fikirə inanmırıq ki, müharibənin başlanması ilə ABŞ, ya İran və hətta Türkiyə bu müharibəyə, xüsusilə də Azərbaycan tərəfində qoşulacaqdır. Əvvəla ABŞ özü bu müharibədə erməniləri daim dəstəkləyir və bu “xristian forpostunu” Rusiyanın əlindən almaq uğrunda mübarizə aparır. Bu müharibəyə ABŞ-ın qarışmaq fikiri olmayacaq, çünki Rusiyanın “qarnının altında” yeni ocağın alovlanmasında maraqlıdır. Amma ermənipərstliyini göstərmək üçün ya ABŞ, ya onun NATO üzrə digər bir xristian müttəfiqi və ya Vaşinqtonun razılığı ilə hansısa dövlətciklər “arsaxı” ayrıca bir dövlət kimi tanıyacaqlar.

İran 90-cı illərdə Azərbaycan tərəfində deyildi və indi də deyil. İndiki dövrdə isə, İranın başı öz daxili problemlərinə qarışmaqdadır və Suriya faktiki İranın tükəndirən bataqlığa çevrilib.

Türkiyəyə gəldikdə isə, Ankara elə bu yaxında İdlibdə rus qüvvələrinin də iştirak etdiyi türk hərbi karvanına hücumu cavabsız qoymağa məcbur olmuşdu. Hətta, Ərdoğan Putinin qəbuluna gəlmişdi ki, Moskvanın sərt mövqeyini mülayimləşdirsin. Belə bir durumda, yəni ABŞ-la soyuqlaşan münasibətlər dövründə, Qarabağ müharibəsinə girişib, Moskva ilə Azərbaycan uğrunda  “qızmar müharibəyə” başlamaq Ankaraya çətin ki, sərf eləsin və bu addımı Türkiyədən gözləmək sadəlöhflük olardı.

Politoloqlarımızın belə bir fikiri ilə də razı deyilik ki, Kreml hər iki tərəfi sakitləşdirməyə çalışır. İşğal edilmiş Azərbaycan torpaqlarında müharibənin indiki dövrdə qızışması Moskvaya sərf etmir. Bu müharibəni yalnız işğal altındakı torpaqlarımızdakı işğalçı ermənilərin bizim mövqelərimizə hücumu qızışdıra bilər; 2016-cı ilin aprelində olduğu kimi. Amma hətta kəmsavad politoloq da bilir ki, işğalçı erməni qüvvələri Moskvanın göstərişi olmasa, bizim mövqelərimizə  hücuma keçməzlər. Elə 2016-cı ildə, Azərbaycan ordusunu əks-hücuma məcbur edən erməni hücumlarının arxasında Moskvanın durması gün kimi aydındır. Rusiya işğalçı qoşunlara tam nəzarət edir və Kreml ermənilər sarıdan tam əmindir ki, onlar Moskavaya xəyanəti Kremlin icazə verdiyi səviyyəyədək edəcəklər. “Ermənistan” adlı “dövlətciyin” bütün hərbi qüvvələri Moskvanın nəzarətindədir.

Azərbaycan tərəfi də anlayır ki, erməni meymunlarının təzə baş meymunu Paşinyanın sözlərinə cavab olaraq müharibəyə başlamaq Qərbin xristianpərəst siyasi dairələri və Rusiyanın hərbi birlikləri ilə üz-üzə gəlmək demək olacaq. Əgər 2016-cı ildə Azərbaycana hədə-qorxu gəlmək üçün Moskva Xəzər dənizi hərbi gəmilərini, “ermənistan” adlı müstəmləkəsindəki hərbi bazasını döyüş durumuna gətirmişdirsə, bu dəfəki toqquşmada artıq açıq işğala keçəcək.

Kreml anlayır ki, Azərbaycan indiki dövrdə hərbi əməliyyatlara yalnız erməni silahlı qüvvələrinin hücumuna qarşı əks-hücumla başlaya bilər. Erməni silahlı qüvvələri isə, tam Moksvanın nəzarətindədir, istər “ermənistan”, istərsə də işğal edilmiş Azərbaycan ərazilərində…

Patruşevin Azərbaycan səfəri dünya siyasi dairələrinə, xüsusilə ABŞ-a regionda Rusiyanın əsas söz sahibi olduğunu göstərmək məqsədini güdürdü. Yalnız bu…

DÜZGÜN HƏRBİ SİYASƏTİMİZ DAVAM ETDİRİLMƏLİDİR

Azərbaycan mövcud durumda düzgün hərbi siyasət yeritməkdədir. Yəni, işğal edilmiş torpaqlarımızı kiçik parçalarla və fasilələr verməklə geri qaytarmaq. İndiki şəraitdə bu ağıllı siyasət davam etməlidir. Bu siyasətdə digər iki faktorun da gücləndirilməsi vacibdir.

Birincisi, heç torpaqlarımızı azad etmədən, erməni mövqelərini daim toplarla, raketlərlə, havadan atəşə tutmaqla bacardıqca düşməni canlı itkilərə uğratmaq. Hər ay onlarla erməni dığacığının meyidi İrəvana qayıtmalıdır ki, erməni kütləsini bədbinlik və siyasi iç bozalanması girdabına sürükləyək.

İkincisi, Azərbaycanda millətçi, müharibə tələb edən siyasi qüvvənin  aktivləşməsinə şərait yaratmaq lazımdır ki, bu qüvvəni ermənipərəst Qərb və Rusiya siyasi dairələrinə göstərərək, “bizim tələblərimizi qəbul etməsəniz, bu, qeyri-adekvat fanatiklərlə üzləşə bilərsiniz” fikrini əsas gətirib, qarşı tərəfi güzəştə getməyə razı salmaq olar.

Qarxunlu

“Millətçilik”