Ermənistan Parlamentinin qəbul etdiyi qanun layihəsi Paşinyanın dekabr ayında növbədənkənar parlament seçkiləri keçirmək planının üstündən xətt çəkib. Bu, Qarabağ klanının Paşinyan üzərində növbəti qələbəsi kimi qəbul oluna bilər. Yəqin ki, bundan sonra Ermənistanda siyasi vəziyyət daha da gərginləşəcək. Paşinyan isə gözlənilmədən yaxın vaxtlarda istefa verəcəyini bildirib. Artıq İrəvanın mərkəzində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilməkdədir.